Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Baş nazir Nikol Paşinyan 20 Yanvar faciəsi ilə bağlı 28 il əvvəl etdiyi etiraf yenidən gündəmə gəlib.
Modern.az xəbər verir ki, həmin etiraf Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar çap olunan “Mollak” qəzetində çap olunmuşdu.
11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar - xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bildirmişdi.
O yazmışdı ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.
1990-cı ilin yanvarın 20-də Bakıdakı faciəli 20 Yanvar barədə Paşinyan bunları yazmışdı: "Bakıda həlak olanların, küçələrdə qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm.
Yanvarın 20-də Bakıdakı qurbanların xatirəsini bir anlıq sükutla yad etdim".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.