Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Avropa Birliyinə (AB) üzvlük prosesinə başlamaq haqqında qanun layihəsi hakimiyyətinin siyasi fırıldağından başqa bir şey deyil.
Axar.az xəbər verir ki, bu fikri İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyan deyib.
Marukyanın sözlərinə görə, əgər hakimiyyətin doğrudan da Avropa Birliyinə doğru yönəlmək niyyəti olsaydı, ilk növbədə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaqlarını bəyan edib, AB-yə üzv olmaq üçün rəsmi müraciət edərdi: “Bütün bunlar sırf daxili siyasi oyunlar çərçivəsində həyata keçirilir – seçici cəlb etmək, səs toplamaq üçün.
Onların Avropa prosesləri ilə nə ideoloji, nə də dəyər baxımından əlaqələri var.
Sadəcə xalqı aldadırlar: guya bizi seçsəniz, sizi AB-yə aparacağıq”.
O əlavə edib ki, hakimiyyət bəzən öz vətəndaşlarını aldatmağa nail olsa da, Avropa Birliyi ilə bu cür fəndlər işləmir: “Bu isə bir sıra amillərlə sübut olunur.
Ən əsas göstəricilərdən biri – Ermənistan parlamentinin qanun layihəsini qəbul etməsinə AB-nin yüksək səviyyəli nümayəndələri tərəfindən heç bir rəsmi reaksiya verilməməsidir.