Icma.az, Konkret.az saytına istinadən bildirir. Ermənistanın Bayden administrasiyası dövründə ABŞ-la əlaqələri özünün inkişaf dövrünü yaşadı
4 il ərzində Amerikanın irəvana hərbi-siyasi dəstəyinin şahidi olduq.
Bayden hakimiyyətinin son günlərində ABŞ və Ermənistan arasında bağlanan strateji tərəfdaşlıq haqqında saziş bu münasibətlərin axırıncı nöqtəsi idi.
İndi ABŞ-da hakimiyyət dəyişib və ölkəyə Donald Tramp rəhbərlik edir.
Ermənistan rəhbərliyi Tramp administrasiyasına da yaxınlaşmaq üçün səy göstərir.
Ermənistanın baş naziri Nikol Paşinyan Amerikada səfərdədir.
Ümumiyyətlə Paşinyanın ABŞ-dən gözləntiləri nədir və əvvəlki hakimiyyətin dövründəki münasibətlər davam edə bilərmi?
KONKRET.az-a açıqlama verən siyasi şərhçi Zaur Məmmədov bildirib ki, Paşinyan Tramp administrasiyası ilə münasibətlərin gücləndirilməsi üçün səylərini davam etdirir: “Doğrudur, ABŞ-Ermənistan münasibətlərinin ən yaxşı dövrünü biz Bayden hakimiyyəti illərində müşahidə etdik.