GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Erməni Apostol Kilsəsinin katalikosu II Qaregin avqustun 8-də ABŞ-a səfər edəcək.
Globalinfo.az xəbər verir ki, katalikosun səfərinin bir həftə davam edəcəyi açıqlanıb.
Məlumata görə, II Qaregin ABŞ-da erməni kilsəsinin nümayəndələri ilə görüş keçirəcək.
Qeyd edək ki, artıq bir müddətdir Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsi və II Qareginə qarşı kampaniya başladıb. Paşinyan katalikosun subaylıq andını pozduğunu iddia edir və onu istefaya çağırır.
Xatırladaq ki, hazırda baş nazir də ABŞ-da səfərdədir. Onun bu gün ərzində ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur.
Əliyar Xəlil
Globalinfo.az