Paşinyanın arvadı Baş nazir olacaq

06.12.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hökumət komandası deyir ki, növbəti seçkilərdə onun siyahısına Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan başçılıq edəcək”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Onun hiperaktivliyini izah edən məhz budur. Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir”,-deyə nəşr yazır.
“Mülki Müqavilə” Partiyasının üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri onun ssenarisinə uyğun aparılıb:

“Ancaq bir şeyi nəzərə almadılar: Anna Akopyanın antireytinqi Nikol Paşinyanınkından daha yüksəkdir”, - “Qraparak” qeyd edir.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью