Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akobyanın təşəbbüsü ilə irəli sürülən mübahisəli qanun layihəsinin müzakirəsi təxirə salınıb.
Belə ki, parlamentin insan hüquqları və ictimai işlər üzrə daimi komitəsinin 1 oktyabr tarixli iclasında müzakirənin iki ay müddətinə təxirə salınması qərara alınıb.
“Cebheinfo.az” xəbər verir ki, söhbət "Məişət zorakılığının qarşısının alınması və məişət zorakılığı qurbanlarının müdafiəsi haqqında" qanun layihəsindən gedir.
Qanunvericilik təşəbbüsünün müəllifləri sənəd üzərində əlavə müzakirələr və işlərin davam etdirilməsi üçün komitədə müzakirəni təxirə salmaq qərarına gəliblər.
Xəzər
“Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin