“Paşinyanın atdığı bu addımlar yolverilməz idi, çünki…” Şarmazanov KONKRET

07.03.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Respublika Partiyasının (RPA) nümayəndəsi Eduard Şarmazanov Ermənistan hakimiyyətinin xarici siyasətini sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə martın 7-də keçirdiyi mətbuat konfransındakı çıxışında danışıb.

O, Baş nazir Nikol Paşinyan rejiminin Ermənistanı Rusiyanın təsir dairəsindən çıxararaq Ankaraya və Brüsselə doğru apardığını bildirib.

Şarmazanov bu siyasətin ölkə üçün heç bir müsbət nəticə vəd etmədiyini vurğulayıb.

“Bugünkü hakimiyyət məhz etməməli olduğu addımları atır. Ukrayna-Rusiya müharibəsi zamanı Ermənistan nümayəndə heyətinin Buçaya göndərilməsi, Milli Assambleya sədrinin Ukrayna Ali Radasının rəhbəri ilə görüşməsi və Paşinyanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını bəyan etməsi yolverilməz idi,” – deyə o bildirib.

Şarmazanovun sözlərinə görə, bu addımlar Ermənistanla Rusiya arasında mövcud olan müttəfiqlik əlaqələrini tamamilə pozub və iki ölkə arasında münasibətləri praktiki olaraq sıfıra endirib.

Aysu İbrahimova,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью