Paşinyanın Avropa arzusu puç oldu KONKRET

07.07.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Yekaterinburq şəhərində keçirilən “İNNOPROM-2026” sərgisində iştirak edib. O, Rusiya hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə Paşinyan Ermənistan-Rusiya münasibətlərində yaranmış problemlərin müzakirə olunaraq həll edilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakını davam etdirməkdə maraqlı olduğunu bildirib.

Paşinyanın bu səfəri Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Ermənistana səfərindən dərhal sonra baş tutub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью