Icma.az, Konkret.az portalına istinadən məlumat verir. “Paşinyan Azərbaycanın siyasətinə qarşı çıxa və bunu bacara bilməz”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan blokundan olan deputat Artur Xaçatryan deyib.
Paşinyan Azərbaycanın siyasətinə müqavimət göstərə bilmir. O, sadəcə olaraq bunu bacarmır.
Paşinyan deyir ki, Bakı nə istəsə, İrəvan hər şeyi verməyə hazırdır.
“Bu hakimiyyət orqanlarının danışıqlar aparmasına və bizim sülhə doğru getdiyimizə dair təminatlara baxmayaraq, qarşı tərəfdə hələ də bir əminlik yoxdur.
Yəqin ki, Bakının bunun üçün öz səbəbləri var”, – deyə Xaçatryan vurğulayıb.
Xaçatryanın açıqlaması təbii ki, bir erməni deputatın xislətinin bariz nümunəsidir. Lakin o, bir məsələdə haqlıdır.
İrəvanın “çaba”larına baxmayaraq Bakı hələ də Ermənistana inanmır. Bunun üçünsə, öz səbəblərimiz var.