Paşinyanın başı dərddə

28.01.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevral ayında Ermənistana səfəri Baş nazir Nikol Paşinyan üçün problem yarada bilər. 

“Cebheinfo.az”-ın məlumatına görə,“Past” nəşri belə yazır. 

Adıçəkilən mətbu orqan qeyd edir ki, Paşinyanın Avropaya və Fransaya yaxın olması Vens tərəfindən müsbət qarşılanmayacaq. 

“Məsələ bundadır ki, ABŞ-nin vitse-prezidenti anti-Avropa və anti-qlobalist, olduqca ifrat və rasional yanaşmaları ilə tanınır. Bu gün mövcud olan yeganə qlobalist istiqamət birləşmiş Avropadır.

Fransa, Almaniya və Brüssel bürokratiyası üzləşdikləri problemi tədricən dərk edirlər. Hətta Rotşildlərin kuklası olan Fransa prezidenti Emmanuel Makronun belə ABŞ prezidenti Donald Trampla həm şəxsi, həm də siyasi baxımdan ciddi problemləri var.

Xatırladaq ki, ötən il Vens yeni vitse-prezident seçiləndə fevral ayında Münhen Konfransında olduqca sərt çıxış etmişdi. Bu çıxış Avropanı az qala məhv etmiş və rüsvay etmişdi. Əslində, bu, ən sərt çıxışlardan biri idi və indi Vens Münhen sammitindən əvvəl və ya sonra İrəvana, daha sonra isə Bakıya səfər etməklə Nikol Paşinyanın özü üçün problem yaradacaq. 

Təbii ki, onun Münhendəki çıxışı ötən ilki sərt çıxışdan fərqlənməyəcək və bəlkə də onu üstələyəcək. Ona görə də, o, İrəvana səfər edərkən Paşinyana da problem yaradacaq.

ABŞ hazırkı Ermənistan hakimiyyətini qlobalist hesab edir, amma əslində onlar sadəcə olaraq Cənubi Qafqaz regionundakı mövqelərini gücləndirmək üçün onların zəifliklərindən və qorxularından istifadə edirlər” - deyə “Past” nəşri yazır.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью