Paşinyanın BCM arqumenti: Rusiyaya təklif olunan varianta necə cavab verildi?

04.12.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistan BCM-in Roma Nizamnaməsinə qoşulmasını nəzərə alaraq, ABŞ-la ikitərəfli razılaşma nümunəsi ilə münasibətlərin həllini Rusiyaya da təklif edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, ölkə Roma Statutunu ratifikasiya edən zaman rus tərəfdaşları ilə daim əlaqə saxlayıb. Müzakirələr zamanı İrəvan ikitərəfli razılaşmanın mövcud olduğu ABŞ-la münasibətləri misal çəkib. Eyni mexanizm Rusiya tərəfinə də təklif olunub. Lakin Moskva nədənsə buna razı olmayıb.

Qeyd edək ki, fevralın 1-də Roma Əsasnaməsini ratifikasiya edərək BCM-in tamhüquqlu üzvü olan Ermənistan məhkəmənin rəsmi iştirakçısı statusunu qazanıb. Bu da öz növbəsində Rusiya ilə münasibətlərdə müəyyən soyuqluğa səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistanın BCM-in Roma Əsasnaməsinə qoşulması ikitərəfli münasibətlərə yaxşı təsir göstərmir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью