Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb

28.10.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanatı hakim “Vətəndaş müqaviləsi” partiyasında narahatlığa səbəb olub.

Sherg.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, partiyada Paşinyanın bu bəyanatlarının ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı ehtimalı müzakirə olunur.

Nəşrin iddiasına görə, İrəvan növbədənkənar seçkilər ehtimalı ilə Bakını Ermənistan Konstitusiyasına dəyişiklik tələbindən çəkindirməyə çalışır. Qəzet qeyd edir ki, hakim partiya yeni seçkilərdə hakimiyyəti itirmək riski ilə üzləşə bilər.

Xatırladaq ki, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində “Vətəndaş müqaviləsi” 49,81 faiz səs toplayıb. Bu nəticə Konstitusiya dəyişiklikləri üçün tələb olunan üçdəiki səs çoxluğunu təmin etməyib. Azərbaycan isə sülh müqaviləsinin imzalanmasını Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə əlaqələndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью