Konkret.az saytına istinadən Icma.az xəbər verir. Ermənistanın informasiya müharibəsi davam edir.
Ölkəmizə qarşı aparılan böhtan kampaniyasına Qərbin aparıcı informasiya vasitələrini də cəlb edən ermənilər Azərbaycanı etnik təmizləmədə, “soyqırımı”nda ittiham edirlər.
Rusiyadakı anti-Azərbaycan qüvvələrindən də istifadə edən Ermənistan mətbuatı rusiyalı ekspertləri də bu işə qoşmaqla, ölkəmizlə bağlı mənfi imic formalaşdırmağa cəhd göstərir.
KONKRET.az xəbər verir ki, belə yazıların biri “Hraparak” nəşrində dərc edilib.
Anti-Azərbaycan mövqeyi ilə tanınan rusiyalı politoloq Mixail Aleksandrov erməni mətbuatına geniş müsahibəsində, guya Azərbaycanın Rusiyaya qarşı adekvat siyasət apadığını deyib.
Daha sonra ermənilərin “dərdinə” şərik olan politoloq Qarabağda “etnik təmizləmə”dən narahatlığını ifadə edib.
Onun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərdən xüsusi rahatlıq duyan erməni jurnalist anlamır ki, hər hansı politoloqun fikri Rusiyanın rəsmi mövqeyi deyil.
Aleksandrov 44 günlük müharibədə Azərbaycana qarşı sərt mövqe tutan Solovyovların, Zatulinlərin, Jrinovskilərin daim yanında yer alıb.