Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyənin Antalya şəhərində olarkən çəkdiyi video sosial şəbəkələrdə və erməni mediasında diqqət çəkib.
“Yeni Sabah” xəbər verir ki, erməni mediası hökumət başçısının sosial şəbəkə hesabında paylaşdığı görüntüləri gündəmə gətirib.
Videoda Paşinyan səfər çantasını hazırlayarkən masanın üzərindəki bananı götürərək pencəyinin cibinə qoyur. Baş nazir bananı yolda ona lazım olacağını deyərək bu hərəkətinə gülür. Onlayn mağaza
Erməni mediasının məlumatına görə, Paşinyan Türkiyədən İrlandiyanın paytaxtı Dublin şəhərinə yola düşməyə hazırlaşdığını da bildirib.