Icma.az bildirir, Sherg.az portalına istinadən.
Ermənistanın baş naziri Nikol Paşinyan Antalya şəhərində keçirilən COP31 sammitində ona təqdim edilən yerli Anamur bananını dörd ölkəyə gəzdirdikdən sonra yeyib.
Sherg.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşdığı videoda bananın Antalya, Dublin, İrəvan, Yeni Dehli və Pnompen səfərlərindən sonra yenidən İrəvana qayıtdığını bildirib.
O, paylaşımında səfərini “Magellanın izi ilə” ifadəsi ilə təsvir edib.
Videonun sonunda Paşinyan Antalyada qaldığı oteldə ona təqdim edilən Anamur bananını soyaraq yeyib. Ermənistan baş nazirinin bananı əvvəlki səfərlərində də nümayiş etdirməsi sosial şəbəkələrdə maraq doğurmuşdu.