Paşinyanın deputatı dindirilir: Rüşvətdə ittiham olunur

19.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Ovik Ağazaryan bu gün səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli media Baş Prokurorluqdakı mənbələrinə istinadən yazıb.
Onun əleyhinə ifadə verən Aşotik Kamavosyan və Slavik Poqosyan üzləşmə zamanı iddia ediblər ki, Ağazaryan onlardan rüşvət istəyib.
“Joxovurd” qəzeti isə qeyd edir ki, deputat Ovik Ağazaryana rüşvət vermə işində təqsirləndirilən şəxs Aşot adlı Ermənistan vətəndaşıdır.
Nəşr digər detalları açıqlamayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью