Paşinyanın devrilməsi üçün hərəkətə keçirlər

29.03.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir qrup erməni siyasətçi Ermənistanın Baş naziri Nikol Paşinyana etimadsızlıq  prosesinin başladılmasını müzakirə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Son günlər bu məsələ ilə bağlı müxtəlif formatlarda müzakirələr gedir. Sabiq prezidentlər Robert Köçəryan, Serj Sərkisyan, arxiyepiskop Baqrat Qalstanyan ilə görüşən, impiçment məsələsini tək-tək müzakirə edən Edqar Qazaryan onlar arasında elçi rolunu oynayır.

Görüşlərin təfərrüatlarını açıqlamaq istəməyən Qazaryan sabiq prezidentlərdən və arxiyepiskopdan müzakirənin təfərrüatlarını və məzmununu dərc etmək üçün razılıq almadığını deyib. Lakin yaxın vaxtlarda görüşlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Onlar Nikol Paşinyanı dəstəklədiklərini canlı nümayiş etdirən deputatların fikirlərini dəyişdirmək qərarına gəliblər”, – nəşr yazıb.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью