Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanda Baş nazir Nikol Paşinyanla Müqəddəs Eçmiədzin Ana Taxtı arasında rəqabət fonunda bəzi din xadimlərinə qarşı ciddi tədbirlər görülür.
Belə ki, bəzi tanınmış yepiskopların xaricə çıxışı qadağan edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu siyahıya kilsənin İnzibati və İqtisadi Departamentinin direktoru yepiskop Muşeq Babayan, Kilsə Rəhbərləri və Gənclərin Təlim Proqramının direktoru yepiskop Vahan Ovannisyan da daxil edilib.
Ruhanilər bununla bağlı mətbuata şərh verməkdən imtina ediblər.
"Bütün ruhanilər 27 yanvarda Arman Saroyanı vəzifəsindən azad etməkdə və bununla da məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunurlar. Yepiskop Muşeq ona qarşı irəli sürülən ittihamları rədd edib, çünki onun kimisə vəzifəsindən azad etmək səlahiyyəti yoxdur", - deyə yepiskop Muşeq Babayanın vəkili Vrej Xaçikyan bildirib.
Dünən isə Ali Ruhani Şuranın üzvləri təqsirləndirilən şəxs kimi İstintaq İdarəsinə çağırılıblar. İstintaq İdarəsinin məlumatına görə, onlar məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunurlar.
Yepiskopların konfransının 16-19 fevral tarixlərində Avstriyada keçirilməsi planlaşdırılır. Vəkillərin sözlərinə görə, hüquq-mühafizə orqanları konfransı pozmağı hədəfləyir.
Dünən altı yepiskop istintaq orqanı qarşısında çıxış edib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin