Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Görürəm ki, hazırda Azərbaycan tərəfi sülhə doğru bütün addımları atır və gələcəkdə də atacaq”, - o bildirib.
A.Simonyan, həmçinin Azərbaycan və Ermənistan cəmiyyətlərinin bir-birinə münasibətində tədricən dəyişikliyin olmasının zəruriliyini vurğulayıb:
“Biz təkcə Ermənistanda deyil, həm də Azərbaycanda insanların münasibəti baxımından 30 illik mirası dəyişdirməliyik”.
Azərbaycana mümkün səfəri ilə bağlı sualı cavablandıran Ermənistan Təhlükəsizlik Şurasının katibi bunu istisna etməyib.
“Mən özümün belə bir səfər edə biləcəyimi istisna etmirəm. Amma heç bir konkret məlumat və ya konkret vaxt deyə bilmərəm”, - o bildirib.
A.Simonyanın sözlərinə görə, Azərbaycan və Ermənistan rəsmiləri arasında daha bir görüşün keçirilməsi barədə razılıq var, lakin konkret tarix hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri olan Alen Simonyan Baş nazir Nikol Paşinyanın əsas adamlarından biri sayılır. O, Azərbaycanla sülhün əsas tərəfdarı və təşəbbüskarlarından biridir.
Mürtəza