Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş nazirin parlamentdəki çıxışına sözardı Ermənistan baş naziri Nikol Paşinyan son illər ona ünvanlanan suallara məxsusi şəkildə cavab verməsi ilə diqqət çəkməkdədir.
Təbii ki, Nikolun əsas məqsədi bütün irad və tənqidləri kənarlaşdırıb özünü təmizə çıxarmaqdır və əsasən buna çalışır.
Onun Qarabağla bağlı ölkə parlamentində üzləşdiyi suala münasibəti də belə deməyə əsas verir.
Paşinyan “Dağlıq Qarabağ respublikası” adlı “dövlətin” olmadığını bir daha təkrarlayıb.
Deyib ki, bu “respublika” özünü müstəqil adlandırsa da, onu heç kəs tanımadı: “Bizə dost və dost olmayan ölkələr də bu haqda danışırlar.
Lakin heç biri tanımayıb. Üstəlik, (bizi – red.) satqınlıqda ittiham edirlər.
Mən deputat olanda dedim ki, Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycandır. Dedilər xeyr, Qarabağ Azərbaycan deyil.