Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Baş naziri Nikol Paşinyan Bakı ilə sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün erkən seçkilər və ardınca Konstitusiya dəyişikliyinə dair referendum keçirməyi planlaşdırır.
Ermənistan mediası, əsas məqsədinin Azərbaycanın əsas tələblərini yerinə yetirmək olduğunu bildirir.
“Ağ Partiya” başqan müavini, politoloq Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Konstitusiya dəyişikliklərinə getməsi və Azərbaycanın tələblərini yerinə yetirməsi çox vacibdir.
Əks təqdirdə, sülh müqaviləsinin imzalanması gözlənilmir və yüksək səviyyədə bunun mesajı verilib.
Politoloqun fikrincə, Paşinyan bunu həyata keçirməyə tələsir.
Çünki bilir ki, Azərbaycan güc tətbiq etməyə məcbur olsa, bu da Ermənistana baha başa gələ bilər.
Əhəd Məmmədli “İndi Ermənistanın "ağzı isti yerdədir". Qarabağı itirmələrini öz ərazilərini itirmələri kimi qəbul etmirlər.