Paşinyanın əsas rəqibi gəlir Karapetyanın partiyasından açıqlama | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Erməni oliqarx, ev dustaqlığında olan Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası 12 fevralda Ermənistanın baş naziri vəzifəsinə öz namizədini irəli sürəcək.Modern.az xəbər verir ki, bu barədə partiyanın koordinatoru Narek Karapetyan "Güclü Ermənistan" Partiyasının iqtisadi proqramının təqdimatından sonra keçirilən mətbuat konfransında bildirib.
"“Güclü Ermənistan” Partiyasının təsis qurultayı 12 fevralda keçiriləcək və namizəd orada elan ediləcək", - deyə N.Karapetyan Samvel Karapetyanın özünün namizəd seçilib-seçilməyəcəyini dəqiqləşdirmədən bildirib.
Samvel Karapetyanın tərəfdarları "Güclü Ermənistan" Partiyasını dünən – 19 fevralda qeydiyyata aldırıblar.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 2-dən 12-dək keçiriləcək və bu müddət ərzində yeganə bazar günü 7 iyun olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu