Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı

26.06.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistanın Baş Prokurorluğu "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatəti Mərkəzi Seçki Komissiyasına (MSK) göndərib.

Modern.az xəbər verir ki, məlumatı Ermənistan MSK-nın mətbuat xidməti “Sputnik Ermənistan”a təsdiqləyib. Qurum vəsatətin hansı cinayət işi çərçivəsində təqdim olunduğunu açıqlamayıb.

Bir sıra KİV-lərin məlumatına görə, məsələ iyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin nəticələrinə etiraz edən siyasi qüvvələrin müraciətlərini müzakirə etdikdən sonra nəzərdən keçirilə bilər.
Qeyd edək ki, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan Baş nazir Nikol Paşinyanın seçkilərdəki 3 əsas rəqibindən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью