Paşinyanın gözü qarşısında separatçılıq təxribatı VİDEO

23.03.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi,  UEFA Millətlər Liqasının B diviziasının seçmə mərhələsi çərçivəsində Gürcüstan və Ermənistan Tbilisidəki "Dinamo Arena"da qarşılaşıblar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, erməni azarkeşlər oyunun ilk dəqiqələrində 2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra ləğv olunan separatçı rejimin bayrağını açıblar. 

Qeyd edək ki, matçı Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı ilə stadionda canlı izləyir. 

Hazırda Ermənistan millisi 5-1 hesabı ilə biabırçı məğlubiyyətə uğrayır. 

Ağarza Elçinoğlu



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью