Paşinyanın həyat yoldaşı hakimiyyətə gəlməyə hazırlaşır?

06.12.2024

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, İrəvanın "Hraparak" nəşrinin yazdığına görə, növbəti seçkilərdə hakim partiyanın siyahısına Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan başçılıq edə bilər. Nəşrin məlumatına görə, Hakopyanın aktiv fəaliyyəti bu rola hazırlıqla əlaqədardır.
Qəzetin iddiasına görə, Hakopyanın hökumətdə iş kabineti, PR mütəxəssislər qrupu və əməkdaşlar şttı var. O, fəal şəkildə qonaqları qəbul edir, tədbirlər təşkil edir, rəsmi vəzifəsinin olmamasına baxmayaraq, ölkənin kadr siyasətinə təsir göstərir.
Ermənistanda son zamanlardakı çoxsaylı vəzifə dəyişikliklərində təyinatların onun təşəbbüsü ilə edildiyi iddia olunur.
Hürr Tərcüman

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью