Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.Bu barədə XİN sözçüsü sosial mediada paylaşım edib."Bəs bütün bunlar həqiqətən nə deməkdir?
Cənab Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın.Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır", - o qeyd edib.Qeyd edək ki, Ermənistan sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndinə dair Azərbaycana təkliflər göndərib.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, müsbət cavab verildiyi təqdirdə, Ermənistan sənədi imzalamağa hazırdır.
“Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həllini təklif etdik və Azərbaycan müsbət cavab verərsə, müqaviləni imzalamağa hazırıq”, - Paşinyan qeyd edib.Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, ABŞ, Avropa Birliyi (AB) və Fransanın Cənubi Qafqazdakı geopolitik müstəmləkəsinə çevrilmiş Ermənistan hazırda sülh mövzusunu uzatmaqla məşğuldur:"Sülhdən geniş şəkildə danışılır, amma real addımlar atılarkən bu prosesi əngəlləyən mövqedən çıxış edilir.
Ermənistanın silahlanması və son zamanlarda atəşkəs rejiminin pozulması sülhə yox, münaqişəyə hazırlaşmasından xəbər verir.
Ona görə də Paşinyan hakimiyyətinin yekun sülh sazişi barədə irəli sürdüyü bir çox iddialar absurddur.