Paşinyanın “ilin sonuna qədər hər şeyə hazıram” sözləri nəyə hesablanıb? DETALLAR | Icma.a…
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya son müsahibəsində Azərbaycanla sülh prosesi barədə yenə nikbin danışıb.
Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var.
Əlavə edib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır.
Paşinyan hətta onu da söyləyib ki, sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, ilin sonuna cəmi bir ay qalıb; “Paşinyanın “ilin sonuna qədər hər şeyə hazıram” sözlərindən belə çıxır ki, o dekabr ayı ərzində Azərbaycanla sülh sazişini imzalamağa çalışacaq.
Belədirsə, Nikol Paşinyan bir ay ərzində Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi hansısa yolla əsas qanundan çıxarmalıdır.
Tam oxu
Xəbəri oxu