Paşinyanın İrəvanda izdihamlı mitinqi Video

05.06.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ermənistanın hakim Mülki Müqavilə iyunun 5-də İrəvanın Respublika meydanında mitinq keçirib.

Bakupost.az xəbər verir ki, mitinq kütləviliyi ilə diqqət çəkib.

Seçki təbliğatının sonunu əks etdirən izdihamlı mitinqdə Mülki Müqavilə Partiyasının sədri, Ermənistanın Baş naziri və partiyasının baş nazirliyə namizədi Nikol Paşinyan müxtəlif şüarlar səsləndirib.

Qeyd edək ki, Ermənistanda seçki 7 iyunda keçiriləcək. Bu gün seçki təbliğatı başa çatır, sabah saat 8:00-dan “sükut günü” başlayır.

Asena,

BakuPost



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью