Paşinyanın komandasında təlatüm: Qərbpərəstlər arasında mübarizə başladı

15.01.2025

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda qərbpərəstlərin sıralarında bir-birinə qarşı şiddətli mübarizə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti öz mənbələrinə istinadən yazıb.

“Şəxsi heç nə yoxdur, sadəcə maliyyə azalıb. Artıq qərbyönlü siyasi qüvvələrə, ictimai təşkilatlara və xadimlərə “yaxşı həyatın keçmişdə qaldığına” eyham vurulub. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və müxtəlif Avropa strukturlarının qrantlarına ümid edənlər kəmərlərini sıxmalı olacaqlar, çünki maliyyə ən azı 50-75% azalacaq”, – məlumatda bildirilir.

Nəşr qeyd edir ki, yaxın gələcəkdə qərbpərəstlər arasında mübarizə daha da şiddətlənəcək: “Amma bəziləri də sağ qalmaq üçün başqa yollar, məsələn, Nikol Paşinyanın “cibində” nəsə axtaracaqlar”.

Tural

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью