Paşinyanın maaşı kəskin artdı: ayda bu qədər alacaq

18.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın aylıq maaşı kəskin şəkildə artırılıb.

Axar.az xəbər verir ki, Ermənistan hökumətinin qərarına əsasən, N.Paşinyan bundan sonra 2 milyon 662 min dram (7,3 min dollar) aylıq məvacib alacaq.

Bu, Paşinyanın hazırkı maaşının (1 milyon 498 min dram/3,9 min dollar) 80% artması deməkdir.

N.Paşinyanla bərabər, nazir və nazir müavinlərinin maaşı da artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью