Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lakin baş nazir əvvəlki "virtual Ermənistan ideologiyası"nın cinayətkar ideologiya olduğunu açıq söyləyə bilmirErmənistan Baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.
Məlumata görə, komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək.
Onun tərkibinə nazir müavinləri, təhlükəsizlik orqanlarının rəhbərləri, həmçinin parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri daxil olacaq.
Qeyd edək ki, Ermənistanda hazırkı milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib.
Siyasi şərhçi Aydın Quliyev "Sherg.az"a deyib ki, Nikol Paşinyan "Real Ermənistan" adlı yeni milli ideologiya adlı sənədi xüsusi efir çıxışı ilə təqdim edib.
Onun sözlərinə görə, heç şübhəsiz ki, Paşinyan bununla indiyə qədər "virtual Ermənistan" adlandırdığı tutarsız "ideologiyadan" imtina etdiyini təsdiqləmək istəyir: "Əslində isə baş nazirin imtina etdiyi şeyin adı "virtual Ermənistan" yox, "dənizdən dənizə böyük Ermənistan" adlı mifik və cinayətkar "ideologiya"dır.
Vətən müharibəsində total məğlubiyyətdən sonra Paşinyan bütün erməni cəmiyyətini inandırmaq istəyir ki, faciələrin kökü həmin ideologiyadır.