Paşinyanın müavini: Şahin Mustafayevlə müntəzəm işgüzar əlaqələrim var

12.11.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası istiqamətində təmasları davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə mütəmadi işgüzar əlaqələr saxlayırlar:

"Qonşu ölkənin həmkarımla təmaslarımız var, mütəmadi olaraq işgüzar görüşlər keçirilir. Sonuncu görüş zamanı birlikdə cənub istiqamətinə – Azərbaycan ərazisinə səfər etdik. Səfər əsasən delimitasiya prosesi və sərhədlə bağlı mümkün fraqmentlərin müzakirəsinə həsr olunmuşdu".

Qriqoryan əlavə edib ki, tərəflər arasında delimitasiya prosesinin davam etdirilməsinə yönəlmiş işçi səviyyəli əlaqələr də mövcuddur:

"Prosesi davam etdirmək üçün hər iki tərəfdə siyasi iradə və qarşılıqlı maraq var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью