Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Ermənistan Baş nazirinin ofisinə 2026-cı ildə xarici səfərlərlə bağlı xərclər üçün əlavə 94,6 milyon dram (təxminən 260 min dollar) ayrılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Qərarın izahlı qeydində bildirilib ki, xarici səfərlər üçün əvvəlcədən ayrılan vəsait kifayət etməyib. Əlavə xərclərin dövlət satınalmaları zamanı əldə olunan qənaət hesabına qarşılanması planlaşdırılır.
Baş nazirin ofisinin 2026-cı il üçün büdcəsi 25,9 milyard dramdan (70 milyon dollardan çox) təşkil edir. Bu, ötən illə müqayisədə təxminən 6 faiz çoxdur.
Büdcə xərclərinin artmasının əsas səbəblərindən biri Avropa Siyasi Birliyinin sammitinin 2026-cı ildə İrəvanda keçirilməsi ilə bağlı xərclərdir.
Murad İsmayıl