Paşinyanın partiyası 50,86% nəticə ilə liderdir... Saat 6:30 a olan məlumat

08.06.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Mərkəzi Seçki Komissiyası səhər saat 6:30-a olan məlumata görə, bülletenlərin 55,95%-i emal olunmuş 2006 seçki məntəqəsindən yalnız 1296-sının məlumatlarına əsaslanaraq seçki nəticələrini dərc edib.

Moderator.az xəbər verir ki, bu haqda news.am yazıb.

Bu məlumatlara görə, hazırkı hakim "Mülki Müqavilə" partiyası 50,86% (414.608 səs) nəticə ilə liderlik edir.

İkinci yerdə isə tam 23,19% (189.050 səs) toplayan "Güclü Ermənistan" partiyalar alyansı gəlir.

Üçüncü yeri 9,6% (78.275 səs) ilə "Ermənistan" partiyalar alyansı tutur.

Çiçəklənən Ermənistan Partiyası 4,1% (33.417 səs) ilə dördüncü yerdədir.

Beşinci yerdə qərarlaşan Birlik Qanadları partiyası hazırda 2,3% (18.720 səs) səs toplayıb.

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью