Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Ermənistan ABŞ və İranla münasibətlərində balanslı siyasət yürüdür.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan ABŞ-ın İranla əməkdaşlıq edən bütün ölkələrə 25 faiz gömrük rüsumu tətbiq etməsi ilə bağlı suala münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistan hər iki tərəf ilə əlaqələrini diqqətlə tarazlayır.
“Bu gün ABŞ-la birgə hansı proqramları həyata keçirdiyimizi də bilirsiniz, İranla münasibətlərimizin hansı səviyyədə olduğunu da.
Ümid edirəm ki, hər iki tərəfdaşımızla münasibətlərdə eyni məntiqə əsaslanan bu siyasəti davam etdirəcəyik”, – Ovannisyan vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.