Paşinyanın partiyası erməni terrorçuların məsələsinə veto qoyub | Icma.az
Tribuna saytına istinadən Icma.az xəbər verir. Dünən Ermənistan müxalifəti parlamentdə Bakıda hazırda həbsdə olan erməni terrorçularının məs
Tribunainfo.az xəbər verir ki, “Haystan” blokundan olan deputatlar bununla bağlı bəyanat qəbul edilməsini tələb ediblər.
Onlar bildiriblər ki, Azərbaycanda keçirilən COP29 dönəmində belə bir fürəstdən istifadə etmək lazımdır.
Lakin Ermənistanda hakimiyyətdə olan “Mülki Müqavilə” Partiyasından olan deputatlar buna qarşı çıxıblar.
Onlar bəyan ediblər ki, məsələ ilə bağlı müzakirələrdə iştirak etməyəcəklər.
Həmçinin bəyanatın qəbulu üçün səsvermədə də iştirak etmək niyyətində deyillər.
Parlamentdə “Mülki Müqavilə” fraksiyasının rəhbəri, deputat Hayk Konjoryan deyib ki, Ermənistan terrorçşuların geri alınması ilə bağlı fürsət axtarmır.
“Siz deyirsiz ki, COP-dan istifadə edək, indi fürsətdir. Biz fürsət axtarmırıq. Çünki bu işlə hər gün məşğul oluruq”.
Tam oxu
Xəbəri oxu