Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
"Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 2026-cı il parlament seçkiləri üçün proporsional siyahısı partiya üzvlərinin səsverməsi ilə formalaşacaq”.
525.az xəbər verir ki, bu barədə deputat Vaqarşak Akopyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda ilk dəfə belə mexanizmdən istifadə olunacaq.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Qalib gələn partiya Baş nazir vəzifəsinə namizəd irəli sürmək hüququ qazanacaq.
Pərvanə Sultanova