Paşinyanın partiyası öndədir SORĞU

06.03.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda parlament seçkiləri öncəsi ictimai rəy sorğusu keçirilib. 

Modern.az xəbər verir ki, "İİR" tərəfindən keçirilən sorğuda iştirak edənlərdən "hansı partiyaya səs verərdiniz?" sualı soruşlub. Sorğunun nəticəsinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası - 24%, "Güclü Ermənistan" bloku - 9%, "Ermənistan" Bloku - 3% və "Çiçəklənən Ermənistan" partiyası - 3% səs toplayıb. 

Respondentlərin 30%-i hələ seçimlərini müəyyən etmədiklərini bildirib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью