Paşinyanın partiyasında daha bir istefa

11.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı David Aruşanyan deputat mandatından istefa verib.

Bu haqda Ermənistan spikerinin mətbuat katibi Movses Arutyunyan açıqlama verib.

Xatırladaq ki, daha əvvəl Baş nazir Nikol Paşinyanın təkidi ilə deputat Ovik Ağazaryan da istefa vermişdi.

Paşinyan ölkəsinin İctimai kanalına müsahibəsində deputatın onun tövsiyəsini dinləyərək, mandatından imtinasını gözlədiyini dedikdən bir neçə gün sonra Ovik partiya sıralarından xaric edilmişdi.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью