Paşinyanın qalibiyyəti… Azərbaycan faktoru

09.06.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Zaur İbrahimli

Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir. Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh diplomatiyasının uğurudur. Bu diplomatiya Ermənistanda müasir, çağdaş tarixində ilk dəfə olaraq optimal, yeganə mümkün doğru yolu açmağa imkan verdi. Erməni cəmiyyəti artıq ikinci dəfə sülh gündəliyinə, müharibə əleyhinə səs verdi, birinci dəfə 2021-ci il 20 iyun seçkilərində Baş nazir Paşinyan 54% səs aldı. Bu gün Ermənistanda yerli vaxtla saat 06:30-a olan məlumata görə Ermənistan Mərkəzi Seçki Komissiyası bülletenlərin 55,95 faizi emal olunub. İlkin nəticələrə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 50,86 faizlə liderlik edir.

Ermənistan cəmiyyəti bu seçimi etməklə revanşist ideyaları ən azı tarixin indiki mərhələsində aktual saymadığını nümayiş etdirdi. Baş nazir Paşinyan məhz fəal şəkildə sülh təşəbbüsləri ilə çıxış etməklə, cəsarətli şüarlar səsləndirəndən, Azərbaycanla, Türkiyə ilə kommunikasiyaların açılması təşəbbüsləri, ticarət başlanandan sonra onun elektoral dəstəyi sürətlə artmağa başladı. Erməni cəmiyyəti bu təşəbbüslərə, şüarlara, sülhə səs verdi. Bu düşüncə dəyişikliyi əsasən Azərbaycanın sülh diplomatiyası ilə möhkəmləndi, Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərlə başlayan sülh gündəliyi uzun müddət davam edən güclü müqavimətdən sonra yeganə real doğru seçim kimi ilk olaraq erməni elitası tərəfindən, daha sonra isə cəmiyyət tərəfindən qəbul edildi, dərk olundu. Üç il əvvəl isə indiki hakim komanda tam fərqli mövqedən çıxış edirdi, ABŞ fərqli prizmadan yanaşırdı, Brüssel, Aİ ayrıcı xətlər çəkirdi. Yaxın keçmişə baxanda Azərbaycanın, Prezident Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Читать полностью