Icma.az, Hurriyyet saytına istinadən bildirir. Əli Orucov: “Erməni tərəfinin gözləntiləri boşa çıxdığı üçün bu məsələ gündəlikdən çıxarıldı”
Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi”.
Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında bildirib.
Ölkə başçısının sözlərinə görə, o zaman müharibə bitmişdi və bir boşluq var idi: “Mən təklif etdim ki, bir proses başlansın.
Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik.
Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi.
Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi.
Biz onlara dedik ki, baxın, birincisi, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil.