Paşinyanın qaynı seçki siyahısına salınmayıb “O, normal qarşıladı”

02.12.2025

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mən sadəcə olaraq, seçki siyahısına salınmaq istəməmişəm”.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu dekabrın 2-də Ermənistanın baş nazirinin qaynı və hakim “Vətəndaş müqavilə”si partiyasından olan deputat Qraçya Akopyan deyib.

O əlavə edib ki, məsələni Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edib. "O, olduqca normal cavab verdi. Heç bir səbəb yoxdur; sadəcə olaraq, aktiv siyasətə ara verirəm. Mən siyasətdən getmirəm; partiya üzvü olaraq qalacağam. Nə edəcəyimi bilmirəm; hələ qərar verməmişəm", - Akopyan qeyd edib.

Akopyan əmin edib ki, onun Ermənistanın heç bir ölkəyə səfiri təyin olunması heç vaxt müzakirə olunmayıb: "Gələcək fəaliyyətimlə bağlı heç bir müzakirə aparılmayıb".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью