Paşinyanın qızı Ədliyyə Nazirliyində işə düzəlib

11.08.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan ölkənin Ədliyyə Nazirliyinin fəaliyyətinə cəlb olunub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyanın şəxsi səhifəsində dərc olunan fotolardan məlum olub.

Fotolar şəxsi məlumatların mühafizəsi üzrə qurumun yaradılması ilə bağlı keçirilən işgüzar görüş zamanı çəkilib.

“Sputnik Ermənistan”ın yazdığına görə, Şuşan yaxın vaxtlarda Almaniyada Robert Boş adına kolleci bitirib.

Məlumata əsasən, bundan sonra o, rəfiqəsinə məxsus tədris mərkəzində ingilis dili müəllimi kimi çalışıb.

Şuşanın Ədliyyə Nazirliyində hansı statusla və hansı vəzifədə fəaliyyət göstərdiyi barədə isə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью