Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın maaşı bir il ərzində 4,2 milyon dram artıb.
Publika.az xəbər verir ki, bu barədə yerli "Past" nəşri yazır.
Məlumata görə, ona dövlətə məxsus dəyəri 27 min dollar olan avtomobil xidmət göstərir, həmçinin qarşısını da mühafizəçi açır.
Məqalədə mümkün korrupsiya hallarına diqqət çəkilərək Mariam Paşinyanın gəlir bəyannaməsinə nəzər salınıb. Bildirilir ki, o, 2021-ci ildə “Digitain” şirkətindən 6,7 milyon dram gəlir əldə etdiyi halda, növbəti il onun gəliri 10,9 milyon drama yüksəlib.
Nəşr sual edir ki, bu artımda Nikol Paşinyan amili varmı? Məqalə müəlliflərinin fikrincə, müxalifətdə olarkən Paşinyan belə halları korrupsiya kimi dəyərləndirərdi.
Yazıda vurğulanır ki, hazırkı vəziyyət də korrupsiyanın bir təzahürü kimi qiymətləndirilə bilər.