Paşinyanın qohumu dəhşətli qəzada ÖLDÜ

23.05.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Mayın 23-də günorta saatlarında Ermənistanın Tavuş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Cebheinfo.az” “Shamshyan.com”-a istinadən xəbər verir ki, saat 12:30 radələrində Dilicandan Haqartsin monastırına gedən magistralda “Mitsubishi” markalı pikap hələlik məlum olmayan şəraitdə yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 1 nəfər yerindəcə ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Dilican Tibb Mərkəzinə yerləşdirilib.Saytın məlumatına görə, ölən və yaralananlar Milli Parkda işləyiblər və ölən şəxs Baş nazir Nikol Paşinyanın qohumudur.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью