Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın “Varçabend” musiqi qrupunun ilk konserti baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “1lurer” yerli xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, qrupun adı “Varçapet” (baş) və “bend” (qrup) sözlərinin birləşməsindən yaranıb.
Paşinyan qrupda baranbançı kimi çıxış edib. Barabançıdan əlavə, qrupa iki vokalçı, bir pianoçu, bir saksafonçu və bir gitaraçı daxil olub.
Jurnalistlərin məlumatına görə, konsertdə təkcə adi vətəndaşlar deyil, həm də rəsmi şəxslər, parlament üzvləri və nazirlər iştirak edib.
Ümumilikdə, konsertdə 500-ə yaxın tamaşaçı olub.
Paşinyan çıxışına bu sözlərlə başlayıb: “Biz çalırıq, siz rəqs edirsiniz”.
Qeyd edək ki, 19 yanvar 2026-cı ildə Paşinyan musiqi qrupunun videosunu yaymışdı. Videoda pianoçu, gitaraçı, saksafonçu və iki qadın vokalist yer almışdı. O, həmçinin gəncləri diskotekaya dəvət edəcəyinə söz vermişdi.
Ancaq iştirak etmək istəyənlərin sayı planlaşdırılan saydan çox olub. Bu da qeydiyyatın vaxtından əvvəl dayandırılmasına və məkanın daha böyük bir məkanla əvəz olunmasına səbəb olub.
Xatırladaq ki, Ermənistan Baş nazirinin musiqi alətlərində ictimai şəkildə ifa etməsi ilk dəfə deyil. 2025-ci ilin sonunda o, “Vətəndaş Müqaviləsi” Partiyasının Yeni il tədbirində də çıxış edib.
Nikol Pashinyan (@nikolpashinyan_official)'in paylaştığı bir gönderi