Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi düşüb.
Globalinfo.az xəbər verir ki, bu nəticə “Gallup İnternational”ın keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Məlumata görə, respondentlərin 34,5%-i Paşinyanı dəstəkləyib. 54,1%-i Paşinyanın fəaliyyətindən narazı olduqlarını bildirib.
Bununla bərabər, ermənilərə görə, hazırda ölkənin ən böyük problemi təhlükəsizliklə bağlıdır. Rəy sorğusunda iştirak edənlərin 76%-i bu fikirdədir. Ondan sonrakı sıralarda isə siyasi stabillik, iqtisadi problemlər gəlir.
Əliyar Xəlil
Globalinfo.az