Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerika Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) son sorğusu Ermənistanda siyasi və ictimai narazılığın dərinləşdiyini göstərir.
İyunun 16-dan 25-dək keçirilmiş rəy sorğusuna əsasən, əhalinin 49 faizi ölkənin yanlış istiqamətdə irəlilədiyini düşünür.
Yalnız 36 faiz respondent Ermənistanın düzgün yolda olduğunu bildirib.Sorğu yaş qrupları üzrə fərqlilikləri də üzə çıxarıb: 56 yaşdan yuxarı olanların 43 faizi, pensiyaçıların isə 47 faizi ölkənin doğru yolda olduğunu hesab edir.
Əksinə, 18-35 yaş arası gənclərin 54 faizi və orta yaşlıların 52 faizi vəziyyəti mənfi qiymətləndirir.
Bu nəticələr göstərir ki, gənc nəsildə hökumətə və gələcəyə inam azalır, ictimai dəstək əsasən yaşlı seçicilər arasında toplanır.Paşinyanın dəstəyi azalırSiyasətçilər arasında ən yüksək reytinqə malik şəxs hələ də Baş nazir Nikol Paşinyandır – 13 faiz.
Bu göstərici əvvəlki illə müqayisədə 3 faiz azalıb (2024-cü ildə 16 faiz idi).
Bu isə onun ictimai dəstəkdə ciddi geriləmə ilə üzləşdiyini göstərir.Hakim “Vətəndaş Müqaviləsi” partiyasına dəstək də zəifləyib.