Paşinyanın reytinqi niyə aşağı düşür?

07.05.2025

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi əvvəlki aylara nisbətən geriliyib. Xüsusilə, Gümrüdə müxalifətin mer seçkilərində qalib olması 2026-ci il seçkilərində ciddi problemlərlə üzləşə bilər. Qeyd edim ki, Gümrüdə kommunist partiyası mer seçkilərində qalib gəlib. Bu, onu göstərir ki, N. Paşinyanın partiyası Ermənistanın ikinci böyük şəhərində məğlub olub.
"Gallub" şirkətinin keçirdiyi sorğulara uyğun olaraq Mülki müqavilə” partiyası – 11,5 faiz. Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku –8%. Serj Sarkisyanın lideri olduğu “Şərəfim var” bloku – 3,7 faiz. Müxalifətdən cüzi olaraq üstünlük əldə edib. Müxalifət fəaliyyətini genişləndirib. Rusiya Ermənistanda müxalifətə ciddi siyasi dəstək verir.
Amma, müxalifətin birləşməməsi N. Paşinyanın şanslarını artirir. R. Koçaryan və S. Sarkisyan partiyalarinin arasında fikir ayrılıqları var. Tərəflər ayrı-ayrılıqda seçkilərə getməsi gözlənilir. Əgər, müxalifət dağınıq halda seçkiyə gedəcəksə, N. Paşinyan növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert,
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью