Paşinyanın sərhədlə bağlı planı: Sərkisyan açıqladı | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır. Ermənistan Baş naziri Nikol Paşinyana görə, Avropa İttifaqının (Aİ) müşahidəçiləri
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Manvel Sərkisyan deyib.
Ekspert İrəvanın Aİ missiyasını ölkədən çıxarmağa meylləndiyini iddia edir: “Delimitasiya və demarkasiya ilə bağlı əsasnamə təsdiqlənəndə Azərbaycanın rəsmi şəxslərindən biri bəyan elədi ki, əgər belə bir tənzimləmə varsa və əsas məqsəd sərhədlərin müəyyənləşdirilməsidirsə, deməli, həmin ərazidə müşahidəçiyə ehtiyac yoxdur.
Ermənistandan da yüksək səviyyədə deyilib ki, əgər sərhəd müəyyənləşibsə, onların burada olmasının heç bir mənası yoxdur.
Yəni deyirlər ki, əvvəlcə demarkasiya aparaq, sonra müşahidəçiləri çıxaraq.
Məsələn, Tavuş sektorunda sərhədin 12 kilometri demarkasiya edilib, indi orada müşahidəçi yoxdur.
Mövqelər belədir, Ermənistan hakimiyyətinin nə edəcəyini bilmirəm”.
Aİ-yə gəlincə, Sərkisyan vurğulayıb ki, Brüssel missiyanın Ermənistanda qalmasında maraqlıdır: “Bu, Avropa üçün bir əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu